Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Kanat Abdraxmanov Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Şurasının sədr müavini təyin olunub.
Cümə axşamı Fondun Şurasının Çolpo-Atada keçirilən ilk iclası zamanı qurumun sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev müvafiq qərar qəbul edib. Bu barədə Qırğızıstan İqtisadiyyat və Kommersiya Nazirliyindən məlumat verilib.
“Fondun Şurasının sədri nizamnamənin 8-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq Qırğızıstan tərəfindən iqtisadiyyat və kommersiya nazirinin müavini K.Abdraxmanovu Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Şurasının sədr müavini təyin edib”, - məlumatda deyilir.
Şura Fondun fəaliyyətinin strateji idarəetməsini həyata keçirən ali idarəetmə orqanıdır. Fondun Şurasına Qırğızıstan tərəfindən iki, Azərbaycan tərəfdən isə üç nümayəndə daxildir.
Xəbər verildiyi kimi, 11 oktyabr 2022-ci ildə Bakı və Bişkek Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında saziş imzalayıb. Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı $25 milyon təşkil edəcək, mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək.
Fond Qırğızıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və inkişaf etdirilməsinə, imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılır.
Fond ölkədə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə münasibətlərdə aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, qaz sənayesi, tikiş və toxuculuq sənayesi, dağ-mədən və metallurgiya sənayesi və digər sahələrdə kredit və borc vermək, kapitalda iştirak etmək və digər maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda təsisçilər üçün prioritet layihələrə investisiyalar yatıracaq.
Əlavə edilib ki, iclas çərçivəsində Fondun Şurası tərəfindən Fondun İdarə Heyətinə biznes layihələrinin nəzərdən kçeirilməsi və maliyyələşdirilməsi üçün zəruri olan daxili normativ aktların hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib. Şuraya yuxarıda göstərilən tapşırıqların həyata keçirilməsi üzrə Fondun praktiki işə salınması üçün yol xəritəsinin hazırlanması tapşırılıb. **
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət