2023-cü ilin yanvar–iyun ayları ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 3537,3 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2% çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2133,9 kiloqramını marixuana, 1005,4 kiloqramını heroin,171,7 kiloqramını tiryək, 49,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 176 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış cinayət hadisələrinin 5884-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2% çoxdur.
Onların 61,6%-ni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,7%-ni eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,8%-ni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8%-ni güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1%-ni isə digər cinayətlər təşkil edib.
Cinayət törətmiş şəxslərin 71,3%-ni heç yerdə işləməyən və oxumayanlar, 2,5%-ni qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2%-i 14-17 yaşda olan uşaqlar, 5,9%-i 18-24 yaşlı, 16,5%-i 25-29 yaşlı gənclər, 77,4%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.
Bununla yanaşı, cari ilin birinci yarısında sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 754 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 17,6% azdır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət