İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev avqustun 7-də Özbəkistanın “AKFA Group” şirkətlər qrupunun nümayəndələri ilə görüşüb. “İnterfaks-Azərbaycan” agentliyi bu barədə AZPROMO-ya istinadən xəbər verir.
Görüşdə tərəflər Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, investorlar və ixracatçılara təklif olunan imtiyazlar, o cümlədən logistikanın subsidiyalaşması, vergi güzəştləri və hazırlıq mərhələsində olan digər stimullaşdırıcı mexanizmləri müzakirə ediblər.
“AKFA Group”un baş icraçı direktoru Bahadır Abdullayev konqlomerata daxil olan “Artel” şirkətinin Azərbaycanda potensial investisiya layihələrinin reallaşdırılması çərçivəsində ilkin olaraq məişət texnikası istehsalı müəssisəsinin inşasında maraqlı olduğunu diqqətə çatdırıb.
Y.Abdullayev agentliyin şirkətə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Özündə tikinti materialları, məişət və elektrik məhsulları istehsalçılarını, eləcə də turizm, təhsil və tibb sektorunda fəaliyyət göstərən şirkətləri birləşdirən “AKFA Group” holdinqi Özbəkistanda alüminium və plastik profillərin ən böyük istehsalçısı və ixracatçısıdır. Bazarda 23 il fəaliyyət göstərən konqlomerat Azərbaycan da daxil olmaqla 2022-ci ildə 35 ölkəyə 210 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət