Belçikanın xarici işlər naziri Hadija Labib hesab edir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına yaxındır.
“Buna nail olmaq çətin olsa belə, yeganə yol danışıqlar və kompromislərdir. 2023-cü ildə xüsusilə Şarl Mişel tərəfindən təşkil olunmuş görüşlər çərçivəsində əldə edilən razılaşmalar müsbət irəliləyişdir. Hər iki ölkə (Azərbaycan və Ermənistan) başçıları ölkələrin ərazi bütövlüyünü təsdiq ediblər”, - deyə Labib İrəvanda bildirib.
Onun sözlərinə görə, Brüsseldəki son danışıqlar göstərdi ki, sülh sazişinin imzalanması yaxındır və Azərbaycan və Ermənistan xalqlarının sülh şəraitində yaşaması üçün hər şeyi etmək hər iki ölkənin liderlərinin üzərinə düşür.
“Yeni məsləhətləşmələr Brüsseldə, eləcə də İrəvan və Bakıda keçirilməlidir. Ümid edirik ki, bu məsləhətləşmələr tarixi dönüşə gətirib çıxaracaq”, - deyə Belçika XİN başçısı əlavə edib.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət