2022-ci ildə Azərbaycanda neft-qaz hasilatına ümumi investisiya qoyuluşu 4 milyard 518 milyon 146,5 min manat (cari məzənnə ilə $2,657 milyard) təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 4,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İnvestisiyaların strukturunda dövlət sektorunun payı 503 milyon 887,2 min manat, özəl sektorun payı 4 milyard 14 milyon 259,3 min manat təşkil edib.
2022-ci ildə Azərbaycanda neft-qaz hasilatına investisiya qoyuluşunun 2 milyard 827,236 milyon manatı xarici investisiyaların (azalma 8,3%), 1 milyard 690,91 milyon manatı daxili investisiyaların (artım 2,7%) payına düşüb.
Hesabat dövründə neft və qaz hasilatı sahəsinə yatırılan investisiyaların xüsusi çəkisi sənaye sektoruna investisiyaların 63%-ni və mədən sənayesinə investisiyaların 90,7%-ni təşkil edib.
2022-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində əsas kapitala investisiya qoyuluşu 557 milyon 111,5 min manat (2021-ci illə müqayisədə azalma 48,5%) təşkil edib. İnvestisiyaların 556 milyon 969,5 min manatı dövlət sektorunun (azalma 48,5%), 142 min manatı özəl sektorun (azalma 42,2%) payına düşüb.
2022-ci ildə Azərbaycanın neft-qaz sektoruna investisiya qoyuluşunun ümumi həcmi 5 milyard 464 milyon 883,7 manat (cari məzənnə ilə $3,2 milyard – İF) təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 6% azdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət