Azərbaycan Qarabağ regionun təchizatı üçün Ağdam-Xankəndi yolundan istifadənin Ermənistan tərəfindən imtinasını irqçilik və ayrı-seçkilik kimi qiymətləndirir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
«Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər. Biz həmin yoldan (Ağdam-Xankəndi - İF) imtinanı (Ermənistan tərəfinin - İF) yalnız irqçilik və ayrı-seçkilik kimi qiymətləndirə bilərik”, - Hacıyev cümə axşamı jurnalistlərə deyib.
O əlavə edib ki, “Bakı öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.
Hacıyev bildirib ki, Ermənistan Bakı ilə razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını humanitar yük adı ilə Azərbaycan sərhədinə gətirib. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır”.Xəbər verildiyi kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ regionuna 40 ton humanitar yardım göndərib. Humanitar yük un məmulatlarından ibarətdir və Bakıdan göndərilib. Bu yükün Ağdam-Xankəndi yolu ilə Azərbayanın Qarabağ regionunun erməni sakinlərinə çatdırılması planlaşdırılır.
Azərbaycanın Qarabağ regionunda yaşayan və guya «humanitar böhran» və ərzaq çatışmazlığından şikayətlənən ermənilər bu yükü qəbul etməkdən imtina edirlər. Bakı bu addımı regionda hər hansı humanitar böhranın olmamasının göstəricisi kimi qiymətləndirir. **
R.Kərimov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət