Azərbaycanda 2023-cü ilin yanvar-may aylarında istifadəçilərin mobil cihazlara qarşı təxminən 224 min kiberhücum qeydə alınıb, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Bu barədə Kasperski Laboratoriyasınınqlobal tədqiqatlar və təhlil mərkəzi departamentinin rəhbəri Dmitri Qalov bəyan edib.
“Bu ilin yanvar ayından may ayına qədər Azərbaycanda istifadəçilərin mobil cihazlarına 224 minə yaxın kiberhücum qeydə alınıb, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 3 dəfə çoxdur. Əsas təhdidlər gizli reklam olan Minecraft üçün modlar, iş axtarışı üçün saxta tətbiqlər və populyar messencerlərin modifikasiyaları olub”, - Qalov cümə günü “Kiberbilik günü” tədbirindən qeyd edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, o həmçinin qeyd edib ki, 2023-cü ilin yanvar-avqust ayları ətrziondə Azərbaycanda istifadəçilərin 32%-i lokal yerli kiberhücumlara məruz qalıb. Onların kompüterlərində yayılmış zərərli fayllar tapılıb, məsələn, çıxarıla bilən daşıyıcılar vasitəsilə, şifrələnmiş sənədlər şəklində və ya mürəkkəb instalyatorların tərkibində.
Azərbaycanda cihazlarında yerli təhdidlərlə yoluxma cəhdləri qeydə alınan korporativ istifadəçilərin payı 24% təşkil edib.
İstifadəçilərin 11,5%-i internetdən yoluxma cəhdləri ilə üzləşib. Cihazlarında internetdən yoluxma cəhdi qeydə alınmış korporativ istifadəçilərin payı 17%-dir.
Bundan əlavə, departament rəhbəri qeyd edib ki, 2023-cü ilin əvvəlindən Azərbaycanda bütün kompüterlərin 34%-nə zərərli proqram təminatı tərəfindən hücum edilib. Qalov bu ilin əvvəlindən etibarən Azərbaycanda kompüterlərdə bloklanmış təhlükələrin əsas mənbəyi kimi İnterneti - 17,5%, həmçinin çıxarılan daşıyıcıları (5,2%), poçt müştərilərilərini (4,6%) və şəbəkə qovluqlarını (0,10%) qeyd edib.
Qalov vurğulayıb ki, bu ilin yanvar ayının əvvəlindən avqustun 24-dək Azərbaycan istifadəçilərinin maliyyə mövzusunda (banklar, kriptovalyuta, investisiyalar, ödəniş sistemləri) fişinq və skam səhifələrinə keçməsi üçün on minlərlə cəhd qeydə alınıb.
«Kasperski Laboratoriyası» Azərbaycanda fişinq səhifələrinə keçidlərin təxminən 537 min cəhdini bloklayıb, onlardan 438 mindən çoxu b2c-seqmentdə, təxminən 99 min nəfəri isə korporativ istifadəçilərdə həyata keçirilib.
Qalov qeyd edib ki, fişinqdə yeni trendlərdən biri Telegram istifadəçilərinə hücumlardır.
"Kiberhücum aktualdır, çünki Telegram hesabına çıxış cinayətkarlara bir çox imkanlar verir: istifadəçinin məxfi məlumatlarını ələ keçirmək, onu şantaj etmək və ya onun adından saxta mesajlar göndərmək üçün hesabı oğurlanır. Cinayətkarların istifadəçiləri fişinq səhifəsinə keçməyə sövq etdikləri əfsanələrdən biri də bu və ya digər şəxsin səsverməsində iştirak etmək, böyüklər üçün Telegram-a daxil olmaq, sındırılmış oyun valyutasını qazanmaq, Telegram-ın premium abunəsini sınaqdan keçirmək, həmçinin oyunun hack edilmiş versiyasını yükləmək təklifidir".
Bununla yanaşı, o qeyd edib ki, hesabat dövründə Azərbaycanda spamın payı 17% təşkil edib. **
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət