London Qiymətli Metallar Bazarı Assosiasiyasının “Məsuliyyətli Təchizatçı” proqramı çərçivəsində İsveçrənin beynəlxalq nüfuzlu “ARGOR-HERAEUS SA” affinaj şirkəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) müşahidələrinə dair yekun hesabatını təqdim edib.
“AzerGold” QSC-nin qiymətli metalların saflaşdırılması və xarici bazarlarda satışı sahəsində əməkdaşlıq etdiyi İsveçrə şirkəti Səhmdar Cəmiyyətin fəaliyyətini beynəlxalq standartlar və şəffaflıq meyarlarına uyğun olaraq 5 funksional sahə – dağ-mədən əməliyyatları; keyfiyyətə nəzarət və hasilat üzrə proseslər; sağlamlığın qorunması, əməyin və ətraf mühitin mühafizəsi; layihələrin idarəolunması; hüquq, cari qanunvericilik tələbləri, idarəetmə və korrupsiyaya qarşı mübarizə; yerli əhali ilə fəaliyyət üzrə qiymətləndirib.
Yekun hesabatda “AzerGold” QSC-nin peşəkar komanda ilə istehsalat sahəsi və qiymətli metal filizi mədənlərini yüksək səviyyədə idarə etdiyi qeyd olunub, bütün fəaliyyət istiqamətləri üzrə hazırlanmış siyasət, qayda və prosedurların proseslərə uyğunluq səviyyəsi nəzərdən keçirilib. Həmçinin, hesabatda korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində QSC-nin reallaşdırdığı genişmiqyaslı sosial və ekoloji layihələrdən razılıq ifadə olunub, iş prosesində ətraf mühitə zərər vura biləcək təhlükələrin qarşısının alınması və ya minimuma endirilməsi üçün milli qanunvericilik çərçivəsində bütün ağlabatan vasitələrdən istifadə edildiyinə dair qeydlər öz əksini tapıb.
Beləliklə, İsveçrə şirkəti fəaliyyətini beynəlxalq standartlar və şəffaflıq meyarlarına uyğun təşkil edən “AzerGold” QSC-yə növbəti dəfə müsbət rəy verib. Qeyd edək ki, 18-20 iyul tarixlərində “ARGOR-HERAEUS SA” şirkətinin nümayəndə heyəti ölkəmizə səfər edərək, QSC-nin baş ofisində görüşlər keçirib, həmçinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsini ziyarət ediblər. Səfərin məqsədi sənədləşdirilmiş KYC (Know YourCustomer – Müştərini Tanı) məlumatlarının əsaslandırılması və “AzerGold” QSCnin əməliyyat proseslərinin beynəlxalq təcrübə əsasında qiymətləndirilməsi, dünya miqyasında əsas tələblərə – KYC və “Due Diligence” (hüquqi ekspertiza) prosedurlarına uyğun olaraq çoxpilləli yoxlamaların aparılması olub. Yalnız bütün tələblərə cavab verdiyi müəyyən edildikdən sonra şirkətə hasil etdiyi qiymətli metalları saflaşdıra və xarici bazarlarda satışını təşkil edə biləcəkləri barədə müsbət rəy verilir. Xatırladaq ki, “AzerGold” QSC-yə müvafiq müsbət rəy ilk dəfə 2017-ci ildə təqdim edilib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət