Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol böyük məmnunluqla bildirir ki, sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünyanın aparıcı şirkətlərindən olan SGS UK tərəfindən keçirilmiş EASA (Elektrik Cihazları üzrə Xidməti Assosiasiyası) akkreditasiya auditindən uğurla keçmişdir.
EASA təşkilatı EASA/ANSI AR 100 standart spesifikasiyasına əsaslanan EASA Akkreditasiya proqramını işləyib hazırlamışdır. Bu akkreditasiya sübuta yetirilmiş infrastruktur və bacarıq və səriştələrin olmasını tələb edən ciddi prosesdir. Buraya elektrik mühərriklərinin təmiri, naqillərinsarılması, əsaslı təmiri və bərpası üçün xüsusi avadanlıq və mexanizmlər, habelə həmin avadanlıq və mexanizmlər üzrə lazımi texniki qulluq və sertifikatlaşdırma daxildir. Bu, həmçinin adekvat prosedurları, keyfiyyətə nəzarət üsullarını və ən əsası, standartın tələblərini bilən və təmir xidmətləri nəticəsində mühərrikin işinin səmərəliliyinə nəzarət etmək qabiliyyətinə malik ixtisaslı kadrları ehtiva edir.
Glensol şirkətinin Baş direktoru müavini Anar Orucov deyib: “EASA Akkreditasiya proqramı mühərrik xidmətləri sahəsində beynəlxalq səviyyədə tanınır və bu nailiyyətimiz uzunmüddətli planlaşdırmanın və hazırlığın nəticəsidir. Qeyd etmək lazımdır ki, biz hazırda yalnız EASA-nın Şura üzvü deyilik, eyni zamanda müəssisəmiz assosiasiya tərəfindən akkreditə olunub. Biz ən yüksək beynəlxalq standartların əksəriyyətinə nail olduğumuz və bu səviyyəni qoruyub saxladığımız üçün çox qürurluyuq. Mən elektrik mühərrikləri və generatorlar üzrə texniki xidmət bölməmizi bu mühüm nailiyyət münasibətilə təbrik edir və onların bu çətin yolda göstərdikləri səyləri, fədakarlıqları və komanda işini yüksək qiymətləndirirəm.”
Bu nailiyyət Glensol şirkətinin mühərriklərin səmərəliliyinin və etibarlılığının qorunması və daha da artırılması, eləcə də onun yüksək keyfiyyətli təmir xidmətləri üzrə sübut olunmuş qabiliyyətini vurğulayır. Bundan əlavə, EASA akkreditasiyası şirkətin son dərəcə müasir “Vahid pəncərə” emalatxanasında daim saz vəziyyətdə olan avadanlıqları və dəqiq kalibrasiya edilmiş cihazları vasitəsilə müştərilərin mühərriklərinin təmiri üzrə yüksək səriştəsini nümayiş etdirir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət