Azərbaycan hökuməti 2024-cü ildə ÜDM-in artımını 2,4% səviyyəsində, 2027-ci ildə artım tempinin 3,6%-dək sürətlənməsini proqnozlaşdırır.
“İnterfaks-Azərbayucan”a Maliyyə Nazirliyindən verilən məlumaya görə, 2024-2027-ci illər üçün makroiqtisadi proqnozların hazırlanması zamanı bir barel neftin qiyməti $60 həcmində hesablanıb.
Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM-in nominal həcmi 118,4 milyard manat, real artım 2,4% təşkil edəcək. Həmçinin, 2024-cü ildə qeyri neft-qaz ÜDM-in artımı 4,6% səviyyəsində proqnozlaşdırılır, baxmayaraq ki, neft-qaz sektorunda azalma 1,7% təşkil edəcək.
2025-ci ildə ÜDM-in artımı 2,9% (nominal həcm – 124,5 milyard manat), həmçinin qeyri neft-qaz sektorunda – 4.7%, neft-qaz sektorunda azalma 1,5% səviyyəsində proqnozlaşdırılır.
2026-cı ildə ÜDM-in artımı 2,7% (nominal həcm – 128,9 milyard manat), həmçinin qeyri neft-qaz sektorunda – 4,9%, neft-qaz sektorunda azalma 3,1% səviyyəsində proqnozlaşdırılır.
2027-ci ildə ÜDM-in artımı 3.6% (nominal həcm – 135,6 milyard manat), həmçinin qeyri neft-qaz sektorunda – 5%, neft-qaz sektorunda azalma 0,8% səviyyəsində proqnozlaşdırılır.
Beləliklə, 2024-2027-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,9% təşkil edəcək, həminin qeyri neft-qaz sektorunda 4,8% səviyyəsində artım gözlənilir.
Azərbaycan hökuməti 2023-cü il üçün ÜDM-in 1,9% səviyyəsində artımını proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda ÜDM-in 4,6% artıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət