Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən BMT Nizamnaməsinə uyğun hərəkət edib, xüsusilə suveren özünümüdafiə hüququndan istifadə edib. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan antiterror tədbirləri çərçivəsində BMT Nizamnaməsinə uyğun fəaliyyət göstərib. Ermənistanın təxribatları Azərbaycanın bu tədbirləri görməsini qaçılmaz etmişdi. Antiterror tədbirləri BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi”, - deyə Bayramov BMT Təhlükəsizlik Şurasının Qarabağ ətrafındakı vəziyyətlə bağlı Nyu-Yorkda keçirilən təcili iclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır.
“Bu, həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Əslində bu gün Şura Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda, ərazidə anti-terror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranmışdır”, - deyə nazir qeyd edib.
Bayramov əlavə edib ki, antiterror tədbirləri Ermənistanın Üçtərəfli Bəyanata əsasən Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin dayandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirib.
Onun sözlərinə görə, sadəcə 24 saat ərzində qanunsuz birliklərin 90-dan artıq postu ələ keçirilib, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemi və 2 hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib. “Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət etmişdir. Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq boz zonanı saxlamaqla bağlı sistematik cəhdləri dəf edilmişdir”, - deyə XİN rəhbəri bildirib.
O əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkarlıqla aparıb.
Bayramov qeyd edib ki, Azərbaycan bir neçə həftədir Ermənistan tərəfindən gücləndirilmiş mühəndis-istehkam fəaliyyətləri və qüvvə toplanması fonunda gözlənilən hərbi avantüra barədə xəbərdarlıqlar edirdi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin mütəmadi olaraq atəşə tutulması bölgədə gərginliyi daha da artırmışdı.
“Baş nazir Paşinyanın təxribatçı addımları Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etmədiyini və Azərbaycanla sülh danışıqlarında vicdanla iştirak etmək istəmədiyini göstərir”, - deyə XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırki həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir.
Bayramov bildirib ki, Azərbaycan Respublikası, ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin olunmasına dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir. “Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır”, - deyə nazir qeyd edib.
Bayramov Azərbaycanın Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazır olduğunu təsdiqləyib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət