Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoydlar.
“İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”, - Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan 15 il qazsız yaşamışdır. “Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə (svop ilə - İF), mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilibr. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”, - prezident qeyd edib.
Əliyev hesab edir ki, Bakı və Ankara enerji sahəsində əməkdaşlıq üçün bpyük potensiala malikdir. “Bir neçə gündən sonra (sentyabrın 29-da - İF) Naxçıvanda Türkiyə-Azərbaycan 3-cü enerji forumu keçiriləcək. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan “yaşıl enerji” zonasına çevrilə bilər. Gələcəkdə Naxçıvandan, ən azı, 1 min meqavat həcmində Türkiyəyə yaşıl enerji ixracı mümkün olacaq”, - Azərbaycan prezident əlavə edib.
Əliyev vurğulayıb ki, Bakı və Ankara qarşılıqlı ticarət dövriyəsini artırır. “2022-ci ilin yekunları üzrə ticarət dövriyyəsi $6 milyardı keçib, 7 ay ərzində artım 40% təşkil edib. Məqsədimiz illik ticarət dövriyyəsini $15 milyard səviyyəsinə çatdırmaqdır, mən əminəm ki, gələcəkdə buna nail olacağıq”, - dövlət başçısı deyib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət