Naxçıvan Muxtar Respulikanın bərpa olunan enerji mənbələri üzrə potensialı 5 QVt təşkil edir. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
"Əlverişli günəş radiasiyasına və 5 min MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvanda külək və günəş enerjisi üzrə təqribən 1,5 min MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1 min MVt-nın ixracı strateji hədəfimizdir və biz bununla bağlı artıq fəaliyyətə başlamışıq. Naxçıvanda “yaşıl enerji zonası”nın inkişafı Konsepsiyası hazırlanır”, - Şahbazov cümə günü Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - yaşıl enerji zonası" Beynəlxalq Konfransı zamanı bildirib.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, nazirin sözlərinə görə, Energetika Nazirliyi “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edir.
Şahbazov qeyd edib ki, “Nobel Energy” şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.
Bundan başqa, “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsini planlaşdırır.
“Czech Engineering” şirkəti Naxçıvanın Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda (Azərbaycan Energetika Nazirliyi ilə - İF) maraqlıdır. Bundan başqa, Almaniyanın “Notus” şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir - ilkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyası Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə nəzərdən keçirilir. Göründüyü kimi Naxçıvanın yaşıl enerji potensialına, xüsusilə bu enerjinin Türkiyəyə ixracına böyük maraq var", - nazir məlumat verib.
Şahbazov əlavə edib ki, qarşıda yeni generasiya güclərinin Naxçıvanın enerji sisteminə inteqrasiyası ilə yanaşı, elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi məqsədilə yeni enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, tezlik tənzimlənməsi, habelə enerji sisteminin “Elektrik Enerjisi üzrə Avropa Ötürücü Sistem Operatorları Şəbəkəsi”nə (ENTSO-E) qoşulması ilə əlaqədar həlli vacib məsələlər dayanır.
"Həm Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.Bu, Naxçıvanı “yaşıl” enerjinin istehsalı ilə yanaşı ixracının da mənbəyi və marşrutuna çevirəcək imkanlardır. Bu gün bu proseslərə yalnız Azərbaycan-Türkiyə deyil, bütün maraqlı tərəflərin cəlbi bu imkanları reallığa çevirmək üçün fürsətlər yaradır.İnanırıq ki, bu fürsətləri dəyərləndirə və 2027-ci ilədək Naxçıvanda birgə nailiyyətlərə imza ata biləcəyik", - Şahbazov deyib. **
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət