Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “4SİM Talks” adlı silsilə tədbirlərin keçirilməsinə start verib. Bu təşəbbüsün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayəndələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyən universitet tələbələri üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.
“4SİM Talks” adlı silsilə tədbirlərin ilk sessiyası Bakı Ali Neft məktəbində keçirilib. Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov günümüzdə süni intellekt texnologiyalarının tətbiqinin vacibliyini vurğulayaraq qeyd edib ki, Bakı Ali Neft Məktəbində də bu istiqamətdə mühüm işlər aparılır və yaxın gələcəkdə Ali Məktəbdə süni intellekt ixtisası, eyni zamanda Süni İntellekt Mərkəzi yaradılması planlaşdırılır.
4SİM-in icraçı direktoru Fariz Cəfərov 4SİM-in fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq və müxtəlif sahələrdə süni intellektin tətbiqi, bu sahədə qanunvericilik və tənzimlənmə mexanizmləri ilə bağlı geniş məlumat verib.
Sonra 4SİM-in Süni İntellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadə süni intellekt, onun tarixi və növləri haqqında, Dünya İqtisadi Forumun Süni İntellekt və Maşın Öyrənməsi platformasının rəhbəri Hubert Halope süni intellektin tətbiq sahələri, QSS şirkətinin rəhbəri Etibar Hüseynli süni intellektin təhsildə rolu, “Caspian Innovation Center” şirkətinin data mütəxəsisləri Ülvi Zamanbəyov və Əsəd Səfərov süni intellektin neft və qaz sektorunda tətbiqi, “Express Bank”ın data mütəxəssisi Təhminə Hüseynova süni intellektin bank sektorunda tətbiqi ilə bağlı təqdimatlar keçirərək tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədi ilə “4SİM Talks” adlı silsilə tədbirlərin mütəmadi olaraq müxtəlif auditoriyalarda təşkil olunması nəzərdə tutulur.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət