“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən akademik Azad Mirzəcanzadə adına inkişaf proqramına start verildi.
Ölkəmizdə yeni təşəbbüs olan proqram elmi əsərləri, təşkilati, pedaqoji fəaliyyəti, unikal tədris üslubu, həmçinin insanların istedadını aşkara çıxarmaq bacarığı ilə fərqlənən görkəmli alimin elmi, ictimai proseslərə özünəməxsus yanaşmaları əsasında həyata keçirilir.
Proqram paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.
Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları işçi qrupu tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri 2-ci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.
Proqrama qoşulmaq istəyənlər https://bitly.ws/VVKj link vasitəsilə qeydiyyatdan keçərək, anket formasını doldurmalıdır.
18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı proqramda iştirak üçün müraciət edə bilər. Layihə ideyalarının Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunması mümkündür.
Qeydiyyat 2023-cü cü ilin 25 oktyabr tarixinədək davam edəcək.
Əlavə məlumat üçün “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, texniki elmlər doktoru, professor və Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş Azad Mirzəcanzadə 500-ə yaxın elmi məqalə və 50-dən çox ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 250-dən çox fəlsəfə və 100-dən çox elmlər doktoru hazırlanmışdır. Müxtəlif elmi ad və titullara sahib olan görkəmli alim, Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət