Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Fransanın xarici işlər nazirinin Cənubi Qafqazla bağlı bəyanatları və hərəkətlərinin təxribat xarakterli olduğunu bildirib.
“Anadolu” agentliyi xəbər verir ki, o, “X” sosial şəbəkəsində fransalı nazirin Ağrı dağının fotosunu yayımladığı paylaşımını şərh edib.
“Xanım nazir, şəkildəki Ağrı dağı Türkiyə sərhədlərində yerləşir və dolayısı ilə Türkiyənin ayrılmaz hissəsidir. Bu səbəbdən qorxuram ki, siz ya səfərinizin məqsədini ümumiyyətlə başa düşmürsünüz ya da təməl coğrafi biliklərə ehtiyacınız var”, - deyə xüsusi nümayəndə yazıb.
Kılıç bildirib ki, Parisin mövqeyi bölgədə vəziyyətin normallaşdırılması səylərinə ziyan vurur.
“Tutduğu mövqe bölgədə sülhün 30 il gecikməsinə səbəb olan bir ölkənin xarici işlər nazirinin indi də bu cür təxribatlarla bölgədəki normallaşma səylərinə ziyan vurmasından narahatam”, - deyə o vurğulayıb.
Qeyd edək ki, oktyabrın 3-də Ermənistana səfər etmiş Fransanın xarici işlər naziri Katrin Kolonna sosial şəbəkədə Ağrı dağının şəklini paylaşaraq “Ermənistana qayıtdım” ifadəsini yazıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət