Rəsmi Bakı ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani tərəfindən verilmiş və Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatı şiddətlə qınayır və rədd edir.
“Bu bəyanat ATƏT sədrliyinin mandatına açıq şəkildə ziddir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki cari vəziyyətlə bağlı bəyanatına dair şərhində bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, XİN-dən bildirilib ki, ATƏT-in Ermənistan tərəfindən bu təşkilatın prinsip və öhdəliklərinin ciddi şəkildə pozulmasına on illərlə davam edən qəbuledilməz etinasızlığı fonunda birtərəfli və qərəzli fikirlərə əsaslanan bu mövqe ağlabatan hesab oluna bilməz.
“ATƏT-in, onun sədrliyinin və digər strukturlarının bu kimi məqsədlər üçün sui-istifadəsi eyni zamanda bu təşkilatın hazırda üzləşdiyi problemlərin həlli yollarının tapılması səylərinə xələl gətirir. ATƏT-ə uzun illərdir Ermənistanın və bir sıra vasitəçi olmağa cəhd göstərən iştirakçı dövlətlərin destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olan həll yolunun bir parçası olmaq üçün şansının mövcudluğunu xatırlatmaq istərdik. Azərbaycanın ATƏT-in mövcud öhdəliklərinə uyğun olaraq ardıcıl çağırışlar etməsinə baxmayaraq, onilliklər ərzində bu Təşkilatın ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasını və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmaq hüququnu təmin etmək üçün öz mandatını yerinə yetirməsinə maneə törədilib. Münaqişədən sonrakı bərpa və quruculuq səylərində, o cümlədən minalardan təmizlənmə proseslərində müsbət rol oynamasına dair ATƏT-ə ünvanlanmış çağırışlarımıza da məhəl qoyulmayıb”, - deyə şərhdə vurğulanıb.
XİN qeyd edir ki, ATƏT-in son üç onillikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Ermənistanın Azərbaycan ərazilərini işğalının nəticələrinin aradan qaldırılması üçün yaradılmış strukturlarından səmərəli istifadədə uğursuzluğa düçar olmasını nəzərə alaraq, bu təşkilatın fəaliyyətdə olan sədrinin müstəqil beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil.
“Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq edilməməsi prinsipi də daxil olmaqla, bütün prinsiplərin birbaşa olaraq Ermənistan tərəfindən pozulduğunu, habelə BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həm diplomatik, həm də hərbi baxımdan öz ərazilərinin işğalına son qoymağın hər zaman Azərbaycanın legitim hüququ olduğunu da bir daha xatırlatmaq istərdik. Bundan əlavə, milli azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının qorunması ilə bağlı istənilən mexanizmin, bu şəxslərdən dövlətlərin suverenliyi və ərazi bütövlüyünü pozmaq üçün alət kimi istifadəsini qadağan etdiyini də xatırlatmaq istərdik. Bu baxımdan, biz bütün tərəfləri bu öhdəliyə ciddi riayət etməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərindən çəkinməyə çağırırıq. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, regionda sülh və Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyasına nail olmaq əzmində olduğunu bir daha təsdiqləyir”, - deyə XİN-in şərhində vurğulanıb.*
X.Nəsirzadə
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət