Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib ki, RF, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri oktyabrın 12-də Bişkekdə görüşə bilərlər.
Qaluzin “РБК»-yə verdiyi müsahibədə bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin bütün kompleksi üzrə Rusiya, Azərbaycan və Ermənistan arasında dialoq heç vaxt kəsilməyib.
"Bu cür təmasların davam edəcəyinə ümid edirik. Bu cür müzakirələrin bu il oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində keçirilməsinin mümkünlüyünü nəzərdən keçiririk", - deyə o qeyd edib.
Qaluzin vurğulayıb ki, Azərbaycan tərəfi artıq belə görüşə prinsipial razılıq verib. «Biz də ümid edirik ki, Ermənistan tərəfi həmçinin bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştirak etməyə razılıq verəcək», - nazir müavini əlavə edib.
O hesab edir ki, Azərbaycanın Qarabağ regionunda Rusiya sülhməramlı kontingentinin rolu tələb olunur ". (...) deməzdim ki, Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti özünü tükəndirib. Bu kontingentin gələcəkdə qalmasının modallığının nə ola biləcəyi məsələsi Moskva ilə Bakı arasında təşkil olunmuş kanallar vasitəsilə müzakirə ediləcək və həll olunacaq", - o qeyd edib
Qaluzin əlavə edib ki, sülh müqaviləsinin hazırlanması və imzalanması Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının «yol xəritəsi»nin tərkib hissələrindən biridir. "Biz hər zaman Ermənistanla Azərbaycan arasında davamlı, balanslı, uzunmüddətli sülh tənzimlənməsinə zəmanət verən sənəd olması üçün bu sənədin qarşılıqlı məqbul əsaslarla hazırlanmasında Azərbaycan və Ermənistana kömək etməyə hazırıq. Biz Qarabağın erməni əhalisinin etibarlı hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mövzularının sülh müqaviləsində dəqiq qeyd edilməsinin zəruriliyinə əsaslanırıq və tərəflərə bu barədə müəyyən ideyalar təqdim etmişik. Ümid edirik ki, imzalanmış sülh müqaviləsinin gələcəkdə reallaşdırılmasının dəstək mexanizmlərinə ehtiyac olması ilə bağlı bizim nöqteyi-nəzərimiz kimi, onlara da tələbat olacaq. Ermənistan və Azərbaycanın suverenliyinə və müstəqilliyinə zərər verməyəcək bir mexanizm", - nazir müavini vurğulayıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət