Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatdan görünür ki, Bank ilin əvvəlindən başlatdığı pozitiv artım dinamikasını qorumaqdadır. Belə ki, cari ilin əvvəlindən Yelo Bank-ınxalismənfəəti 14 milyon manata yüksəlib. Üçüncü rübün sonunda Bankın cəmi aktivləri 912 milyon manat təşkil edir, bu da ötən ilin sonu ilə müqayisədə 90 milyon manat, yəni 11% artım deməkdir.
Bankın həm kredit, həm də əmanət portfeli böyüyüb. İlin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 15% artaraq 715 milyon manat təşkil edib. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 462 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən real sektorun maliyyələşdirilməsi hesabına artıb.
Fiziki şəxslərə verilən kredit portfeli isə ilin əvvəlindən 40 milyon, yəni 20% artaraq 252 milyon manat təşkil edib. Bu satışın 34%-i, eləcə də istehlak krediti portfeli artımının 44%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Hesabata görə Bankın əmanət portfelində də nəzərə çarpan artım var. İlin əvvəlindən bu istiqamət üzrə portfel 12% artaraq 642 milyon manata yüksəlib.Bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir.
Eyni zamanda Bankın faiz gəlirləri də ötən ilin analoji dövrü ilə müqayisədə 31% artaraq 81 milyon manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə məcmu kapital 10%-lik artımla 102 milyon manat təşkil edir. Bu da requlyativ tələbdən 2 dəfə - 52 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.41%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.27% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Bank xidmətləri ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət