Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı baş tutub.
“Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə Cənubi Qafqazda mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub”, - XİN-dən məlumat verilir.
Məlumatda deyilir ki, Bayramov Qarabağ bölgəsində Azərbaycan tərəfindən aparılan lokal antiterror tədbirləri (19-20 sentyabr 2023-cü ildə - İF) nəticəsində regionda sülh quruculuğu və sabitliyə davamlı təhdid törədən “qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğunu” bildirib.
Azərbaycan XİN başçısı həmçinin bəyan edib ki, 30 ilə yaxın davam edən münaqişənin bitməsi, habelə bölgədə sülh və təhlükəsizliyə real təhdid olan erməni silahlı qüvvələrin aradan qaldırılmasından sonra sülh üçün yaranmış tarixi imkanlara xələl gətirən, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn addımlar sülh səylərinə töhfə vermir.
Onun sözlərinə görə, bu xüsusda “beynəlxalq ictimaiyyətin konstruktiv yanaşmasının hər zamankından daha vacibdir”.
Öz növbəsində, Kleverli bölgədə sülh və etimad quruculuğu səylərinin davam etdirilməsinin, bu xüsusda Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb. **
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət