Oktyabrın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.
“Görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub”, - deyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bayramov hazırda regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Azərbaycan tərəfindən görülən antiterror tədbirləri nəticəsində 30 illik işğal dövrünün qalıqları və əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrinin və separatçı rejimin mövcudluğuna son qoyulmasının əhəmiyyətini vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən biri aradan qaldırılıb.
Nazir bölgədə sülh üçün yaranmış hazırkı şəraitdə ölkəmizin hər zaman olduğu kimi sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu, bu xüsusda beynəlxalq ictimaiyyətin də konstruktiv mövqeyinin vacibliyini qeyd edib.
“Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət