Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşünü (oktyabrın 23-də) Cənubi Qafqazda regional əməkdaşlığın və qarşılıqlı əlaqənin fəallaşması üçün vacib hesab edir.
"Tehranda “3+3" formatı çərçivəsində keçirilən görüşü çox vacib hesab edirəm. Görüşdə mühüm bəyanatlar səsləndirilib, gələn il üçün planların anonsu verilib. Rusiya və İranın xarici işlər nazirləri, misal üçün, öz bəyanatlarında xüsusilə qeyd ediblər ki, Azərbaycan və Ermənistan arasında müharibə başa çatıb. Bu səbəbdən Cənubi Qafqaz sülh regionu olmalıdır və bu sülhü bilavasitə region ölkələri təmin etməlidir", - Ağacanov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib
Onun sözlərinə görə, görüşdə regionda problemlərin və açıq məsələlərin birbaşa regional ölkələrin özləri tərəfindən, yəni regiondan kənar oyunçuların iştirakı olmadan həll olunması barədə də aydın mesaj verilib. «Bunu bir sıra Avropa ölkələrinin təsiri altında olan və bununla da onların Cənubi Qafqazda gündəliyini həyata keçirməyə çalışan Ermənistan üçün müəyyən bir siqnal hesab etmək olar», - o qeyd edib.
Ağacanov hesab edir ki, region ölkələri siyasi və iqtisadi maraqlarına əsaslanaraq xaricdən müdaxiləyə imkan verməyəcəklər. "Ermənistana gəldikdə, o, digər dövlətlərlə, xüsusilə Azərbaycanla münasibətlərini qarşılıqlı münasibətlər, tərəfdaşlıq, iqtisadi əməkdaşlıq əsasında qura bilərdi. Bu əməkdaşlıqdan İrəvan xeyli dividend əldə edə bilər. Bunu qonşulara qarşı ərazi iddiaları yolu ilə deyil, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla əldə etmək olar", - o vurğulayıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət