SOCAR Britaniyanın BP və İsrailin “NewMed Energy” şirkətləri ilə birgə İsrailin eksklüziv iqtisadi zonasında (Aralıq dənizindəki – İF) təbii qazın kəşfiyyatını həyata keçirəcək. Bu barədə İsrailin Energetika və İnfrastruktur Nazirliyi məlumat yayıb.
İsrailin eksklüziv iqtisadi zonasında təbii qazın kəşfiyyatı üzrə ofşor sövdələşmələrin 4-cü raundunun nəticələrinə əsasən, SOCAR, BP və “NewMed Energy” şirkətləri konsorsiumu I- 6 zonasında sözügedən işlərin yerinə yetirilməsi üçün İsrailin Energetika və İnfrastruktur Nazirliyinin lisenziyasını alıb. SOCAR layihənin operatoru olub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi nazirliyin məlumatına istinadən bildirir.
G-6 zonasında lisenziya İtaliyanın ENI (operator), Şotlandiyanın “Dana Petroleum” və İsrailin “Ratio Energies” şirkətlərindən ibarət konsorsiuma verilib.
“Əlavə təbii qaz yataqlarının kəşfi tədarükün şaxələndirilməsini artıracaq və daxili bazarda rəqabəti stimullaşdıracaq”, - deyə məlumatda bildirilir.
“Təbii qaz kəşfiyyatı ilə məşğul olan iri şirkətlər İsrailin etibarlılığına inanır və investisiya qoymaq istəyir. Qalib şirkətlər təbii qaz sahəsinə misli görünməmiş həcmdə sərmayə yatırmağı öz üzərinə götürüb. Bu isə İsrailin enerji təhlükəsizliyini və beynəlxalq münasibətlərini gücləndirəcək, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək üçün etibarlı enerji mənbəyi ehtiyatının yaradılmasına kömək edəcək”, - deyə energetika və infrastruktur naziri İsrael Kats qeyd edib.
Tenderin qaydalarına əsasən, lisenziyalar 3 il müddətinə etibarlıdır və həmin müddət ərzində lisenziya sahiblərindən ayrılmış sahədə təbii qazın mövcudluğu potensialını qiymətləndirmək üçün icbari fəaliyyət proqramı həyata keçirmələri tələb olunur. Bundan sonra lisenziya sahibləri yenilənmiş fəaliyyət proqramının təsdiq edilməsi şərti ilə lisenziyanın daha iki il müddətinə uzadılması ilə bağlı müraciət edə bilərlər.
Lisenziyaların daha 2 il, maksimum 7 ilə qədər uzadılması ən azı bir qazma işi aparıldıqdan və fəaliyyət proqramının bütün elementləri yerinə yetirildikdən sonra mümkündür.
Lisenziya sahibinə ərazini diqqətlə öyrənmək və yalnız bundan sonra orada fəaliyyətini davam etdirməyi qərarlaşdırmaq imkanının verilməsi lisenziyanın qüvvədə olma müddətinə (3+2+2) dair qərarın qəbul edilməsi üçün əsas hesab olunur.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət