İsrail Xarici İşlər Nazirliyindən bəyan ediblər ki, Bəhreyn öz səfirini ölkədən geri çağırmayıb.
"Bir məqamı aydınlaşdırmaq istərdim: Bəhreyn ilə bağlı məlumat dəqiq deyil. Onlar İsraildən səfiri geri çağırmayıblar. Söhbət Bəhreyn parlamentində bu məsələ ilə bağlı (səfirin geri çağırılması - İF) səsvermədən gedir ki, bu da böyük əhəmiyyət kəsb etmir", - İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Lior Hayyat cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, «İsrail ilə Bəhreyn arasında münasibətlər stabildir».
Həmçinin, İsrail XİN-dən bəyan ediblər ki, səfirin geri çağırılması ilə bağlı Manamadan heç bir bildiriş almayıblar.
Eyni zamanda, «The Times of Israel» nəşrinin məlumatına görə, Bəhreyn səfiri bir müddət əvvəl İsraildən şəxsi işləri üçün vətənə qayıdıb, İsrail səfiri və səfirliyin əməkdaşları isə təhlükəsizlik səbəbindən oktyabr ayında Bəhreyni tərk ediblər. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət