Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq istənilən təhlükənin qarşısını almağa tam haqqı var. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq istənilən təhdidin qarşısını almaq hüququna malikdir”, - deyə o, bu gün Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir, həmçinin almaniyalı həmkarını Azərbaycan şəhərlərinin adlarına hörmətlə yanaşmağa çağırıb.
“Xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərlərinin adlarını çəkərkən erməni separatçılarının istifadə etdiyi “adları” da çəkdi. Onun istifadə etdiyi adlarda şəhərlər mövcud deyil. Azərbaycanın suverenliyinə hörmətlə yanaşmaq lazımdır”, - deyə Bayramov qeyd edib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan əvvəlki kimi Ermənistanla danışıqlara hazırdır. “Danışıqlar istənilən formatda ola bilər, vacib olan bunun Azərbaycanla Ermənistan arasında məsələ olduğunu başa düşməkdir. (...) biz sülh müqaviləsi ilə bağlı növbəti təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik və indi onlardan cavab gözləyirik”, - deyə o əlavə edib.
Bayramov qeyd edib ki, Tehranda keçirilən “3+3” formatında nazirlərin görüşündə (23 oktyabrda – İF) erməni həmkarı Ararat Mirzoyanla münasibətlərin normallaşdırılmasını müzakirə edib: “Ermənistanlı həmkarımla görüşümün keçirilməsi nəzərdə tutulmamışdı. Ancaq orada bizim 40 dəqiqədən artıq görüşümüz oldu”.*
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət