İsrail Müdafiə Ordusunun Əl-Şifa xəstəxana kompleksində keçirdiyi əməliyyata görə İsrail və ABŞ Administrasiyası məsuliyyət daşıyır. Bu barədə HƏMAS hərəkatının yaydığı bəyanatda deyilir.
“Ağ Ev və Pentaqonun HƏMAS-ın Əl-Şifa xəstəxana kompleksindən hərbi məqsədlər üçün istifadə etdiyini iddia edən yalan versiyanı (İsrailin – İF) qəbul etməsi işğalçıların mülki əhaliyə qarşı yeni kütləvi qırğınlar törətməsi üçün yaşıl işıq oldu”, - deyə bəyanatda bildirilir.
HƏMAS qeyd edib ki, xəstəxanadakı əməliyyat BMT-nin fəaliyyətsizliyinin nəticəsidir.
“BMT-nin susqunluğu və bir çox ölkə və rejimlərin xəyanəti Fələstin xalqını öz torpaqlarını və qanuni milli hüquqlarını müdafiə etməkdən çəkindirməyəcək”, - deyə HƏMAS vurğulayıb.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu Qəzza zolağında ən böyük xəstəxana olan Əl-Şifa ərazisində əməliyyata başlayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət