İsveçrənin “Stadler Rail Group” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sifarişi əsasında dörd yeni sərnişin qatarını 2023-cü ilin sonunadək Azərbaycana çatdıracaq.
Noyabrın 17-də Bakıda ADY-nin sədri Rövşən Rüstəmovla “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə ADY ilə “Stadler Rail Group” arasında imzalanmış müqaviləyə əsasən dörd yeni sərnişin qatarının bu ilin sonunadək Azərbaycana çatdırılması, test edilməsi və istismara qəbulu məsələləri müzakirə olunub.
ADY-nin məlumatında qeyd olunur ki, “Stadler Rail Group” şirkətinə sifariş edilmiş daha altı sərnişin qatarının da gələn il ərzində Azərbaycana çatdırılması planlaşdırılır.
Görüşdə, həmçinin Bakıda fəaliyyətə başlayacaq və bütün növ “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək Regional Servis Mərkəzinin layihələndirilməsi və inşası məsələləri müzakirə olunub.
“Bundan başqa, “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək yerli mütəxəssislərin və maşinistlərin hazırlanması barədə də danışıqlar aparılıb”, - deyə məlumatda bildirilir.
2019-cu il noyabrın 25-də “Stadler” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ADY 2023-2024-cü illərdə 10 ədəd 5 vaqonlu birmərtəbəli FLIRT tipli sərnişin qatarı alacaq.
Bundan başqa, 2023-cü il oktyabrın 24-də “Azərbaycan Dəmir Yolları” QSC və “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
Mərkəzdə hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət həyata keçiriləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət