Azərbaycan yaxın günlərdə Rusiyaya ərzaqlıq yumurta ixracına başlayacaq. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
“Yaxın günlərdə Azərbaycan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixracına başlayacaq. Bununla bağlı müvafiq razılaşma əldə olunub”, - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Təhməzlinin sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyi nəzarəti sistemi sənaye quşçuluğu səviyyəsində beynəlxalq standartlara uyğundur.
Rusiya ilə fitosanitar sahədə əməkdaşlığa toxunan AQTA sədri qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə Azərbaycanda bitki xəstəlikləri ilə bağlı təcili bildirişlər kifayət qədər az daxil olub.
“Bu, ölkəmizin ərazisində bitki sağlamlığının daha da mütəşəkkil təşkil olunmasından xəbər verir. Bundan başqa, bir sıra bitkiçilik məhsulları var ki, onların Rusiya Federasiyasına ixracı zamanı artıq sadələşdirilmiş ixrac metodlarından istifadə olunacaq”, - deyə o bildirib.
Təhməzli əlavə edib ki, AQTA “Rosselxoznadzor”la sağlam istehsal müəssisələri və şirkətlərin siyahısının hazırlanması ilə bağlı razılıq əldə edib. “Bu, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana həmin sağlamlıq statusu almış müəssisələrdən məhsulların idxalı və ixracının çox çevik və asan şəkildə həyata keçirilməsinə imkan verəcək”, - deyə AQTA sədri vurğulayıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət