Türkmənistan noyabrın 14-də Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üçün Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Sazişə qoşulub. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, sənədin məqsədi Avropa və Asiya regionlarında iqtisadi münasibətlərin, ticarət və nəqliyyat əlaqəsinin inkişafı, beynəlxalq yük daşımalarının, hərəkətin təhlükəsizliyinin təmin edilməsinin, nəqliyyat siyasətinin uyğunlaşdırılması və müxtəlif nəqliyyat növləri arasında rəqabət üçün bərabər şəraitin yaradılmasının təşviqindən ibarətdir.
TRACECA kimi tanınan “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi” Texniki Yardım Proqramı 1993-cü ildə Avropa İttifaqı tərəfindən Avropa və Asiyanı birləşdirən Mərkəzi Asiya, Avropa və Qafqaz dövlətlərinə təklif edilib.
Dəhlizin inkişafına dair Çoxtərəfli Sazişin müddəaları tərəflər arasında beynəlxalq yük və sərnişin daşımalarını, eləcə də onların ərazisindən tranzit daşımalarını tənzimləyir
TRACECA Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandır.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət