ABŞ Prezidenti Cozef Baydenin reytinqi onun 2021-ci ildən bəri prezidentliyi dövründə ən aşağı səviyyəyə - 40%-ə enib. Bu nəticə NBC telekanalının sorğusunda öz əksini tapıb.
Bunun əsas səbəbi İsrail-HƏMAS münaqişəsi ilə bağlı siyasətin bəyənilməməsidir.
NBC qeyd edir ki, sorğuda iştirak edənlərin 57%-i Baydenin hərəkətlərini bəyənmir. Seçicilərin yalnız 33%-i prezidentin xarici siyasət yanaşmasını bəyənir. Bu, sentyabr ayı ilə müqayisədə 8% azdır.
Baydenin iqtisadi siyasətini isə seçicilərin 38%-i dəstəkləyir.
Seçicilərin yalnız 34%-i ABŞ Prezidentinin Yaxın Şərqdəki müharibə ilə bağlı addımlarını bəyənir, 56%-i isə əleyhinədir. NBC qeyd edir ki, bunun fonunda 18-34 yaş arası gənclər arasında dəstək kəskin şəkildə - sentyabr ayı üzrə 41%-dən 31%-dək azalıb.
“The New York Times/Siena College” nəşrinin sorğusuna görə, keçmiş prezident Donald Tramp 6 əsas ştatdan 5-də Baydeni 4-11% fərqlə geridə qoyur.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət