17 noyabr 2023-cü il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin təqdimat mərasimi keçirilib.
Tədbirdən əvvəl “AzerGold” QSC-nin rəhbərliyi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Heydər Əliyev Mərkəzində təşkil olunan təqdimat mərasimində dövlət, hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə səfirləri, mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.
Mərasimdə giriş nitqi ilə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov müasir Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərətərfli inkişafı istiqamətində həyata keçirilən siyasətdən danışaraq, istehsal edilən yeni məhsulun Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi olduğunu bildirib.
Z.İbrahimov bütünhəyatını, varlığını Azərbaycana, onun müstəqilliyinə, davamlı inkişafınahəsr etmiş və xalqımızın qəlbində əbədilik qazanmış dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş yubiley sikkəsinin öz unikallığı ilə fərqləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı qızıl sikkənin QSC-nin daha əvvəl istehsal etdiyi qiymətli məhsullardan fərqləndiyini deyən Z.İbrahimov yubiley sikkəsinin müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında ərsəyə gətirildiyini qeyd edib. Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementlərinin dəqiqliklə əks etdirildiyi, qiymətli məhsula üçölçülü qabarıq relyef verildiyi diqqətə çatdırılıb.
Millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov isə qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilən 2023-cü ildə “AzerGold” QSC tərəfindən istehsal edilmiş qızıl sikkə tarixə öz imzasını qızıl hərflərlə yazmış Ümummilli Liderin zəngin mənəvi irsinin təbliğinə mühüm töhfədir.
Qeyd edək ki, 1 unsiya çəkidə istehsal edilən yubiley sikkəsi limitli sayda – 200 ədəd istehsal edilib. Qızıl sikkə üzərində Ümummilli Liderin portreti, onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi real səs dalğası və Morze əlifbasında təsvir olunub.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə satış bazarı üçün qızıl və gümüşdən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Müxtəlif dizaynlarda hazırlanmış qızıl və gümüş sikkə kolleksiyaları ölkəmiz və onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət