31 oktyabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 46 milyard 146,6 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-oktyabr aylarında bankların aktivləri 2% azalıb.
2023-cü ilin oktyabr ayında bankların ümumi aktivləri 616,6 milyon manat artıb.
10 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 42,2% - 3 milyard 659,8 milyon manata qədər azalıb.
Oktyabrın sonuna bankların kredit portfeli 22 milyard 459,7 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 14,6% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 913,6 milyon manat (artım 5,2% - İF) təşkil edir.
Bankların öhdəlikləri 40 milyard 233 milyon manata (azalma 2,9%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 92 milyon manat məbləğində (azalma 2,2 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 33 milyard 81,9 milyon manat (azalma 2%), o cümlədən əhalinin əmanətləri 12 milyard 271,1 milyon manat (artım 6,9%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında bankların ümumi xalis mənfəəti 908,2 milyon manat (2022-ci ilin 10 ayı ilə müqayisədə artım 18%) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 861,9 milyon manat (artım 29,4%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 101,8 milyon manat (artım 17%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 86,8 milyon manat məbləğində (artım 11,9%) olub.
Bu dövrdə bankların faiz xərcləri 677,9 milyon manat (artım 28,2%), o cümlədən depozitlər üzrə 479,9 milyon manat (artım 30,5%), qeyri-faiz xərcləri 1 milyard 859 milyon manat (artım 24,3%) təşkil edib.
Yanvar-oktyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 369,5 milyon manat (artım 22,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 146 milyon manat (artım 20,9%), mənfəət vergisi üzrə ödənişlər 237,8 milyon manat məbləğində (artım 33,6%) qiymətləndirilir.
31 oktyabr 2023-cü il tarixinə respublikada 23 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 471 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,3%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var. Bu göstəricilərin azalması oktyabr ayında “Muğanbank” ASC-nin fəaliyyət lisenziyasının ləğv edilməsi ilə şərtlənir.
Bank sektorunda 23 292 nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,3% - İF) çalışır. Həmçinin, oktyabr ayında bank sektorunda çalışanlarının sayı (“Muğanbank”ın bağlanması ilə əlaqədar – İF) sentyabr ayı ilə müqayisədə 238 nəfər azalıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət