Cümə günü "Şahdağ Turizm Mərkəzi" QSC ilə Qazaxıstanın “Şımbulak” Dağ Kurortu arasında əməkdaşlığa dair Memorandum imzalanıb Bu barədə “İnterfaks-Azərbaycan”a Turizm Mərkəzindən məlumat verilib.
“Şahdağ Turizm Mərkəzi”nin sədri Rüstəm Nəcəfov və “Şımbulak” Dağ Kurortunun baş direktoru Rinat Abdraxmanov cümə günü Bakıda keçirilən Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində "Şahdağ Turizm Mərkəzi" QSC ilə Qazaxıstanın “Şımbulak” Dağ Kurortu arasında “Türk dünyası ölkələrində xizək turizminin inkişafı sahəsində gələcək əməkdaşlıq və Türk ölkələrinin xizək kurortları alyansının yaradılması niyyəti ilə Memorandum” imzalayıblar.
“Memoranduma əsasən tərəflər xizək mərkəzləri arasında əlaqələrin qurulması və inkişafı, xizək turizminin inkişaf etdirilməsi üçün prioritetlərin müəyyən edilməsi, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mütəxəssis hazırlığı üzrə birgə proqramların işlənib hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər”, - Mərkəzdən məlumat verilib.
Bundan başqa, imzalanmış sənəd çərçivəsində xidmət keyfiyyətinin yüksəldilməsi üzrə təcrübə mübadiləsi, kurort-sağlamlıq istirahəti, idman və turizm sahəsində statistik, reklam xarakterli və digər informasiyaların qarşılıqlı mübadiləsi, birgə xizək yarışlarının, müştərək marketinq və tanıtım tədbirlərinin keçirilməsi, həmçinin tədbir, sərgi və konfranslar üzrə vahid təqvimin yaradılması nəzərdə tutulur. **
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət