Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev SPECA ölkələrinə «yaşıl» dəhlizlərin yaradılması və ticarət maneələrinin aradan qaldırılması sahəsində daha fəal əməkdaşlıq etməyi təklif edib.
"SPECA ölkələri Avropa ilə Asiya arasında qitə körpüsünə çevrilib. Bu inkişaf etdirməli olduğumuz böyük üstünlükdür. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına böyük ümidlər bəsləyirik. Əminəm ki, Orta dəhlizin "Kəmər və Yol" layihəsi, həmçinin Trans-Avropa nəqliyyat şəbəkəsi (TEN-T) və Global Gateway strategiyası ilə birləşməsi dünya ticarətinə güclü multiplikativ effekt verəcək", - Tokayev cümə günü Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının ( SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışında deyib.
Onun sözlərinə görə, bununla yanaşı Qazaxıstan Şimal-Cənub dəhlizinin inkişafı üzrə fəal əməkdaşlığa hazırdır.
"Son 15 il ərzinddə ölkəmiz nəqliyyat infrastrukturuna $35 milyarddan çox sərmayə qoyub. Yaxın üç il ərzində biz 1,3 min km-dən çox dəmir yolu çəkməyi planlaşdırırıq. Bu, Çin, Cənubi Asiya, Rusiya və Avropa istiqamətində ötürmə qabiliyyətini artıracaq. Bütün tərəfdaşları Xəzər dənizi limanlarının gücünün genişləndirilməsi, habelə nəqliyyat gəmilərinin birgə istehsalı üzrə qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edirəm ", - Tokayev qeyd edib.
Tokayev həmçinin qeyd edib ki, SPECA ölkələri ticarətin və qarşılıqlı faydalı kooperasiyanın genişləndirilməsi üçün böyük imkanlara malikdirlər.
"Artıq bu gün Qazaxıstan ilə SPECA ölkələri arasında ticarət dövriyyəsinin sürətlə artdığını qeyd edirik. Ötən il qarşılıqlı ticarətin həcmi üçdə bir artaraq təxminən $10 milyard təşkil edib. Hesab edirəm ki, yaxın perspektivdə bu göstəricini iki dəfə artırmaq üçün bütün imkanlarımız var. Biz digər ölkələrdən idxalı azaltmaqla bir-birimizi rəqabətli qiymətlərlə müxtəlif mallarla təmin edə bilirik ", - o vurğulayıb.
Qazaxıstan prezidenti «yaşıl» dəhlizlərin yaradılması və müxtəlif maneələrin aradan qaldırılması məsələsinə də toxunub.
Onun sözlərinə görə, bu, ticarət əməkdaşlığına, o cümlədən tikinti, kimya və qida sənayesi kimi sahələrə əhəmiyyətli təkan verəcək.
"Biz digər ölkələrdən idxalı azaltmaqla bir-birimizi rəqabətli qiymətlərlə müxtəlif mallarla təmin edə bilirik. Qazaxıstan öz məhsullarının ixracını SPECA ölkələrinə 175 qeyri-xammal əmtəə mövqeyi üzrə $2,3 milyard məbləğində artırmağa hazırdır. Biz həmçinin tərəfdaşlarımızın müvafiq təkliflərinə baxmağa hazırıq ", - Tokayev vurğulayıb.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci il 26 mart tarixində təsis olunub. Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət