Daşkənd SPECA-nın iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə açıq və daha təsirli regional platformaya çevrilməsinin tərəfdarıdır. Bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev bəyan edib.
"BMT Avropa İqtisadi Komissiyasının və ESCAP ekspertləri ilə birgə “SPECA-2030” inkişaf konsepsiyasının hazırlanmasını təklif edirik. İkincisi, Proqram çərçivəsində regional ticarətin stimullaşdırılması üzrə Birgə Fəaliyyət Planının qəbul edilməsi məqsədəuyğundur. Söhbət, ilk növbədə mövcud maneələrin aradan qaldırılması və ixrac-idxal əməliyyatlarının texniki tənzimlənməsi tədbirlərinin uyğunlaşdırılması üzrə dünyada qabaqcıl təcrübə və praktikaların tətbiqindən gedir", - Mirziyoyev cümə günü Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.
Özbəkistan prezidenti qeyd edib ki, aparılan təhlil göstərir ki, SPECA ölkələrinin qarşılıqlı ticarət dövriyyəsini hazırki $52 milyarddan 2030-cu ilə qədər $100 milyarda çatdırmaq, sənaye məhsullarının payını 70% ə çatdırmaq üçün imkanlar mövcuddur.
"Üçüncüsü, həmkarlarımın qeyd etdiyi kimi, SPECA Məqsədli Fondunun yaradılmasını sürətləndirmək və gələn il onun praktiki fəaliyyətinə başlamaq lazımdır. Əminəm ki, fond ilk növbədə "yaşıl" iqtisadiyyat, innovasiya, yüksək texnologiyalar, logistika, alternativ enerji, "ağıllı" kənd təsərrüfatı, müasir sosial infrastrukturun yaradılması və digər sahələrdə iri layihələrə dəstək olmağa kömək edəcək", - o bildirib.
Mirziyoyev həmçinin ərzaq təhlükəsizliyinin səmərəli təmin edilməsi üzrə yüksək səviyyəli xüsusi işçi qrupunun yaradılmasını və ilk görüşün 2024-cü ildə Səmərqənddə keçirilməsini təklif edib.
"Su ehtiyatları, energetika, ekologiya və kənd təsərrüfatı sahələrinin qarşılıqlı əlaqəsini nəzərə alaraq hesab edirik ki, hərtərəfli yeni konseptual sənəd olan “Yaşıl strategiya"nın qəbul etməyin vaxtı çatıb. Regionumuzun heç bir ölkəsi öz qüvvələrinə söykənərək bu qədər kəskin və getdikcə daha da ağırlaşan problemləri həll edə bilməyəcək. BMT-nin təhlilinə əsasən, su çatışmazlığı səbəbindən regionumuzun dövlətləri hər il təxminən $2 milyard itirir", - Mirziyoyev deyib.
Onun sözlərinə görə, gələcəkdə bu mənfi prosesin güclənməsi, problemlərin kompleks həllinin olmaması şəraitində adambaşına düşən su təminatının göstəricisi 25%, məhsuldarlıq isə 40% azala bilər. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət