2030-cu ilədək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımalarının həcmi üç dəfə arta bilər. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Dünya Bankının (DB) nəqliyyat üzrə baş iqtisadçısı Viktor Araqones belə hesab edir.
“Araşdırmamız üç ölkəni - Qazaxıstan, Azərbaycan və Gürcüstanı əhatə edib. Tövsiyələr dəhlizin işini təkmilləşdirməklə yanaşı, iqtisadi faydaları da artıracaq. Əsas nəticələr bundan ibarətdir ki, düzgün investisiyalar və strateji qərarlar olarsa, ticarət 2030-cu ilə qədər 3 dəfə artaraq 11 milyon tona çata bilər”, - deyə Araqones Astanada keçirilən dəyirmi masada bildirib.
Baş iqtisadçı hesab edir ki, TBNM və ya Orta Ticarət-Nəqliyyat Dəhlizi həm tranzit dəhlizi kimi, həm də Qazaxıstan, Azərbaycan və Gürcüstanda ticarətin şaxələndirilməsinə kömək edəcək və bundan sonra iqtisadi fayda verəcək dəhliz kimi inkişaf etmək potensialına malikdir.
Onun sözlərinə görə, TBNM çərçivəsində ticarətin genişləndirilməsinə imkan verəcək bir sıra tövsiyələr var. Araqones qeyd edib ki, bu gün müştərilər limanlar və operatorlar tərəfindən xidmətlərin pərakəndəliyini müşahidə edirlər, bu səbəbdən tarif, xidmət və fəaliyyət göstəricilərinin vahid formatını təqdim etməklə onların səylərini birləşdirmək lazımdır.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə və Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.*
Xəbərlər şöbəsi
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət