ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə Qəzza zolağının cənubunda mülki əhalinin yerdəyişməsinə yol verməməsi ilə bağlı xəbərdarlıq edib. Bu barədə “Associated Press” ABŞ rəsmilərinə istinadən xəbər verir.
Onların sözlərinə görə, Vaşinqton bildirib ki, İsrail hərbçiləri quru əməliyyatını davam etdirərkən anklavın cənubunda daha dəqiqliklə hərəkət etməli olacaqlar.
ABŞ administrasiyasının nümayəndələri, həmçinin qeyd ediblər ki, İsrail tərəfinin əməliyyatları humanitar yardım obyektlərinin, bomba sığınacaqlarının və digər infrastrukturun fəaliyyəti pozulmayacaq şəkildə aparacağını gözləyirlər.
Bundan başqa, Ağ Evdən bildirilib ki, ABŞ bu gün Misirə Qəzzanın mülki əhalisi üçün nəzərdə tutulmuş dərman, qida məhsulları və qış əşyalarından ibarət humanitar yardımın birinci partiyasını aparan təyyarə göndərəcək.
İsrailin müdafiə naziri Yoav Qalant bazar ertəsi bildirmişdi ki, İsraillə HƏMAS arasında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail Müdafiə Ordusu Qəzza zolağının bütün ərazisində əməliyyat aparacaq.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət