Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonunun Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Şərtlərə görə, podratçının vəzifələrinə 624 yerlik məktəb binası, 220 yerlik uşaq bağçası, bazar kompleksi, çoxfunksiyalı bina, 1 mərtəbəli ticarət binası, 1 mərtəbəli mərasim zalı, 1 mərtəbəli çayxana, 2 mərtəbəli inzibati bina və polis məntəqəsi, idman-sağlamlıq mərkəzi və klub icma mərkəzinin tikintisi daxildir.
Tenderin qalibi tərəfindən tikinti işləri müqavilə bağlandıqdan sonra 215 təqvim günü ərzində həyata keçirilməlidir.
Tender predmetinin dəyəri $3 milyondan çoxdur.
Təkliflər 18 yanvar 2024-cü il saat 16:00-dək qəbul olunur. Təklif zərfləri 19 yanvar saat 16:00-da açılacaq.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2023-cü il mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməlini qoyub.
Kəndin layihələndirilən ümumi ərazisi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib.
Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.*
Xəbərlər şöbəsi
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət