2024-cü ilin mart ayında Bakıda Xəzəryanı dövlətlər arasında birbaşa çıxış xətlərinin razılaşdırılması üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi planlaşdırılır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
«Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş Konvensiyanın bütün Xəzəryanı dövlətlər tərəfindən ratifikasiyası və onun qüvvəyə minməsi dekabrın 5-də Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşünün əsas mövzularından biri idi», - Bayramov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, «Xəzər beşliyi» XİN başçıları tərəfindən açıq qalan məsələlər və onların həlli məqsədilə zəruri addımlar müzakirə edilib.
"Mühüm razılaşmalar arasında Xəzəryanı dövlətlər arasında birbaşa çıxış xətlərinin razılaşdırılması məsələsi olub. Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının mart ayında Bakıda keçirilməsi planlaşdırılır", - o qeyd edib.
Bayramov əlavə edib ki, nazirlər Xəzər dənizinin ekoloji problemlərini müzakirə ediblər, Xəzərin suyunun azalması məsələlərinə xüsusi diqqət ayırıblar. "Azərbaycan tərəfi artıq bu istiqamətdə növbəti addımlara dair sənədlərin layihələrini təqdim edib və bu sənədlər hazırda müzakirə olunur. Yaxın gələcəkdə İşçi qrupunun iclası təşkil ediləcək", - nazir bildirib.
Xarici Işlər naziri Moskvada keçirilən görüşü çox faydalı adlandırıb və qeyd edib ki, o növbəti addımlara müsbət təsir göstərəcək.
Xəbər verildiyi kimi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əsasən Xəzər dənizinin dibi və yeraltı ehtiyatların sektor prinsipi ilə ayrılacaq. Müəyyən edilib ki, Xəzərin dibinin və yeraltı ehtiyatların ayrılması həmsərhəd və qarşıdakı dövlətlərin sazişi əsasında onların suveren torpaq istifadəsi hüquqlarının və dibin və yeraltı ehtiyatların mənimsənilməsi ilə bağlı digər təsərrüfat-iqtisadi fəaliyyətinin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquq normaları əsasında həyata keçirilir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət