Azərbaycan prezidenti İlham Əliyev Aİ diplomatiyasının rəhbəri Jozep Borrelin Cənui Qafqazda vəziyyətə dair bəyanatını tamamilə qəbuledilməz adlandırıb.
“Qeyd etməliyəm ki, cənab Borrelin son bəyanatları tamamilə səmərəsizdir. Dünən o, quya Qarabağı 150 min nəfərin tərk etməsi ilə bağlı bəyanatla çıxış edib, bu da tamamilə səhv məlumatdır. Təəssüf edirəm ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Hətta ermənilərin nümayəndələri özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Borrel – İF) yalan danışır. Onlar iddia edirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Beləliklə, əgər cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam (regionu tərk edənlərin - İF) deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil; bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”, - Əliyev çərşənbə günü Bakıda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib.
Həmçinin, Əliyev Borrelə İspaniyanın separatizmə qarşı müarizəsini xatırladıb. “Onun öz ölkəsi separatçılardan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”, - o vurğulayıb.
Dövlət başçısı Borreli “populist” adlandırdı.
“Təəssüflər olsun ki, Avropada cənab Borel, madam Metsola (Avropa Parlamentinin sədri - İF) kimi populist insanlar var. Mən hər zaman açıq danışıram və onların Azərbaycana qarşı yürütdüyü siyasətlə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”, - Əliyev qeyd edib.
Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və qaz-neft sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident həmçinin Borrel və başqalarına xəritəyə nəzər yetirməyi və Azərbaycanın yerləşdiyi yerə, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqə məsələsində onun roluna diqqət yetirməyi tövsiyə edib. "Borrel kimi insanlar xəritəyə baxsınlar, Azərbaycanın harada olduğuna baxsınlar. Əgər onlar Mərkəzi Asiyada fəal olmaq istəyirlərsə və bölgənin inkişafını görürlərsə, o zaman Azərbaycan bundan necə kənarlaşdırıla bilər? Bəlkə onlar İran və ya Rusiya ilə əməkdaşlıq edəcəklər? Bəlkə onların qanadları var? Bu cür bəyanatlarda diqqətli olmalıyıq", - Azərbaycan lideri əlavə edib. **
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət