Çərşənbə günü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord ilə görüşüb.
“Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qurulan möhkəm dostluq münasibətlərindən və çoxşaxəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Neft-qaz, ticarət, yaşıl enerjiyə keçid, nəqliyyat, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb”, - Azərbaycanın rəsmi mətbuatı məlumat verir.
Görüşdə “yüksək səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub, işğaldan azad edilmiş ərazilərimizdə Britaniya şirkətlərinin bərpa-quruculuq və yenidənqurma layihələrində iştirakından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib, Londonun Azərbaycanda humanitar minatəmizləmə layihələrinə verdiyi töhfələr təqdir olunub”.
Bundan başqa, həmsöhbətlər Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dekabrın 7-də Bakıda 6-cı iclasının keçiriləcəyini qeyd edərək, “vacib bir mexanizm kimi komissiyanın növbəti iclasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə” əminlik ifadə ediblər. **
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət