Noyabr ayında Azərbaycanda qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun “Delving into the heart of fintech” seminarının iştirakçıları tərəfindən müzakirə olunub.
Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə SME Law hüquq şirkəti tərəfindən keçirilən seminarda beynəlxalq ekspertlər, yerli fintex bazarının iştirakçıları, Azərbaycan Mərkəzi Bankının və bir sıra digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Seminar iştirakçıları “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun müddəalarını təhlil edib, bütün yenilikləri və nüansları araşdırıb, oxşar məsələlərin tənzimlənməsi üzrə Avropa təcrübəsi ilə tanış olublar.
Seminarda ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycanda elektron pulların istifadəyə verilməsi olub. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda Azərbaycan üçün iki yeni anlayış təqdim edilir: ödəniş təşkilatı və elektron pul təşkilatı. Bu strukturların işi xüsusi tənzimlənir və lisenziyalaşdırılır. Ödəniş təşkilatı tərəfindən həyata keçirilən bütün fəaliyyətlərlə yanaşı, elektron pul təşkilatı həmçinin elektron pulun emissiyası və onunla ödəniş əməliyyatlarının aparılması ilə məşğul ola bilər. Bundan əlavə, elektron pul təşkilatı, ödəniş təşkilatından fərqli olaraq, hüquqi şəxslər və fərdi sahibkarlar üçün cari hesab aça bilər.
Seminarda, həmçinin fintex şirkətləri vasitəsilə çirkli pulların yuyulmasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.
“Yeni qanun Azərbaycanın fintex bazarına bir sıra inqilabi dəyişiklik gətirib. Birincisi, ödəniş və elektron pul təşkilatları cari bank hesabları ilə eyni hüquqi qüvvəyə malik ödəniş hesabları aça biləcəklər. Həmçinin, yeni maliyyə strukturlarına ödəniş kartlarının buraxılması imkanı veriləcək. Əvvəllər bu yalnız banklar və milli poçt operatoru tərəfindən edilə bilərdi. Elektron pul təşkilatlarına və ödəniş təşkilatlarına sürətli pul köçürmələri həyata keçirmək hüququnun verilməsi də əlamətdardır”, – texnologiya hüququ sahəsində ekspert, SME Law şirkətinin idarəedici ortağı Ruslan Muxtarov çıxışında bildirib.
Seminar iştirakçıları “açıq bankçılıq” sisteminin imkanları və riskləri barədə də müzakirələr aparıblar.
“Azərbaycanda “açıq bankçılıq” konsepsiyasına uyğun olaraq AISP və PISP prinsiplərinin tətbiqinə başlanılıb ki, bu da Mülki Məcəlləyə və “Banklar haqqında” qanuna dəyişikliklərlə yanaşı, “bank sirri” rejiminin yumşaldılmasına gətirib çıxaracaq. Qanunda istehlakçıların hüquqlarının müdafiəsi məsələləri ilə bağlı ciddi tələblər qoyulub, o cümlədən fırıldaqçılıqla mübarizəyə aid xüsusi müddəalar tətbiq edilib. Ödəniş xidmətinin təminatçısı həm əməliyyatdan əvvəl, həm də əməliyyatdan sonra əməliyyat barədə müştərini məlumatlandırmalı, müəyyən hallarda genişləndirilmiş autentifikasiya texnologiyalarından istifadə etməlidir”, - deyə R.Muxtarovizahedib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət