İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Təmas qrupu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün yeni plan hazırlayıb. Layihə BMT Təhlükəsizlik Şurasına daxil olan beş ölkəyə təqdim olunub.
Söhbət “Türkiyə planı”ndan gedir. Plan hərbi əməliyyatların tam dayandırılması, anklavın humanitar blokadasının qaldırılması, bölgə sakinlərinin zorla köçürülməsinin dayandırılması və sülhün təmin edilməsi mexanizmlərinin yaradılmasını əhatə edən 11 bənddən ibarətdir. Bu barədə “The Star” məlumat verir.
Nəşrin məlumatına görə, Rusiya, Çin, Böyük Britaniya və Fransadan sonra dekabrın 8-də Vaşinqtonda «Türkiyə planı» ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə təqdim olunub. Sənəddə deyilir ki, noyabrda Qəzzada elan edilmiş müvəqqəti humanitar atəşkəs münaqişənin həllinə kömək etməyib.
Plan müəllifləri əmindirlər ki, Qəzza zolağında qan tökülməsini dayandırmaq yalnız tam atəşkəs zamanı mümkündür və bu barədə ən qısa müddətdə elan etmək lazımdır. **
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət