“Azərbaycan Hava Yolları” QSC (AZAL) Çinin “Hainan Airlines” şirkəti ilə proreyt sazişi imzalayıb.
“Bu saziş hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir”, - deyə AZAL-ın məlumatında bildirilir.
Saziş çərçivəsində AZAL-ın sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines”ın Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL-ın sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.
“Tərəfdaşlıq, həmçinin “Hainan Airlines” müştərilərinə dünyanın müxtəlif şəhərlərinə Bakıdan səyahət etmək üçün AZAL-ın qlobal marşrut şəbəkəsindən istifadə etmək imkanı yaradıb”, - deyə məlumatda qeyd olunur.
“Tərəfdaşlıq sərnişinlər üçün yeni fürsətlər yaradır. Vətəndaşlarımız Bakıdan Çinin və digər ölkələrin şəhərlərinə, eyni zamanda, Çindən səyahət edən insanlar Bakı vasitəsilə dünyanın müxtəlif ölkələrinə vahid bilet və daha münasib tariflərlə səyahət edə bilərlər. Hal-hazırda digər Çin aviaşirkətləri ilə də əməkdaşlıqla bağlı müvafiq işlər aparılır”, — deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib.
Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət