SOCAR və BP Azərbaycanın neft-qaz sektorunda metanın səviyyəsinin azaldılması sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib.
“SOCAR və BP bu gün keçirilən birgə tədbirdə Azərbaycanın neft-qaz sektorunda metanın səviyyəsinin azaldılması ilə bağlı yeni təşəbbüsü açıqlayıb. “Metan rəhbər prinsipləri”ni (MGP) imzalamış hər iki şirkət ölkədə metan emissiyalarının azaldılması üzrə səylərin təşviqi istiqamətində sıx əməkdaşlıq edəcək”, - deyə SOCAR və BP-nin birgə məlumatında bildirilir.
2023-cü il noyabrın 30-da MGP ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirmək üçün özünün yeni Qlobal Metan Emissiyalarının Azaldılmasının Təşviqi (AGMR) təşəbbüsünü elan etmişdi.
“SOCAR və BP həmin təşəbbüs çərçivəsində birgə işləyərək Azərbaycanda enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsi hazırlamaq səylərinə dəstək məqsədilə əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirəcək”, - deyə məlumatda bildirilir.
Tədbirdə SOCAR-la BP arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd çərçivəsində şirkətlər metan səviyyələrinin azaldılması sahəsində bilik və bacarıqların inkişafı, emissiyaların ölçülməsi, hesabatlılıq, yoxlama, texnologiyalar və texniki təcrübənin artırılması yönümündə birgə işləyəcək.
“Bu memorandumun imzalanması qarşılıqlı əlaqələrimizi daha da gücləndirmək öhdəliyimizi bir daha təsdiqləyir. Əminik ki, bu əməkdaşlıq metan qazının azaldılması və iqlimin qorunmasına əhəmiyyətli töhfələr verəcək. Birlikdə metan idarəetmə texnologiyaları üzrə təcrübə və fikirləri bölüşəcək, birgə texnologiya sınaqları və kampaniyaları üçün imkanları müəyyən edəcək və metan emissiyalarının azaldılması ilə bağlı məlumatlılığın artırılmasına töhfə verəcəyik”, - deyə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.
“Biz Azərbaycanda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş bu mühüm sənədi imzalamağa çox şadıq. Bu sənəd qeyd olunan sahədə səyləri birləşdirməyə imkan verəcək. (...) İnanırıq ki, birlikdə sənayenin, cəmiyyətin və hökumətin metan emissiyalarının azaldılması səylərinə daha güclü dəstək verə bilərik. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkədə metan sahəsinə əhəmiyyətli dəyişikliklər gətirmək üçün SOCAR-la sıx işləməyə davam edəcəyik”, - deyə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət