ABŞ-ın müdafiə naziri Lloyd Ostin qarşıdakı istirahət günlərində Yaxın Şərqə (İsrail, Bəhreyn və Qətər) səfər edəcək. Bu barədə Pentaqonun nümayəndəsi brifinqdə bildirib.
İsraildə Ostin beynəlxalq humanitar hüquqa uyğun olaraq bu ölkənin özünümüdafiə hüququna ABŞ-ın sarsılmaz sadiqliyini vurğulamaq, habelə İsrailin mülki əhaliyə (Qəzzanın – İF) dəyən zərəri azaltmaq üçün atdığı addımları müzakirə etmək niyyətindədir.
Nümayəndənin sözlərinə görə, Ostin İsrail hərbi rəhbərliyi ilə quru əməliyyatları və hava hücumları başa çatdıqdan sonra növbəti addımlarla bağlı da fikir mübadiləsi aparacaq, çünki əməliyyatların növbəti mərhələsinə keçidlə bağlı qərarı İsrail qəbul etsə də, nazir planları öyrənməkdə maraqlıdır.
Pentaqon rəhbəri Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığını ziyarət edəcək.
Aparılacaq danışıqlarda ABŞ-ın gəmiçilik və dünya iqtisadiyyatını təhdid edən husi qiyamçıların təcavüzünə cavab vermək üçün çoxtərəfli koalisiyalar qurmaq səylərinə diqqət yetiriləcək.
Ostin Qətərdə HƏMAS tərəfindən Qəzzada saxlanılan girovları azad etmək üçün göstərdiyi vasitəçilik səylərinə görə ölkə rəhbərliyinə təşəkkür edəcək, həmçinin Əl-Udeid aviabazasına baş çəkəcək.
ABŞ müdafiə naziri, həmçinin Aralıq dənizindəki Gerald Ford təyyarədaşıyan gəmisinə baş çəkməyi və onun ekipajı ilə görüşməyi də planlaşdırır.*
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət