CityNet şirkətinin baş sponsorluğu ilə Milli İnternet Mükafatı müsabiqəsi - MilliNet 2023 baş tutub. Azərbaycan İnternet Forumu tərəfindən ənənəvi olaraq keçirilən MilliNet müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.
Bu il müsabiqəyə 13 nominasiya üzrə 222 internet resurs təqdim edilib və onlardan 195-i qəbul edilib. Bu il ilk dəfə müsabiqə zamanı resurslar təkcə əvvəlki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, artıq layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla da qiymətləndirilib. Yekunda 13 nominasiya üzrə nominat statusu almış 71 resursdan ən yaxşıları seçilib.
“Öz fəaliyyətində müştəri yönümlülük prinsipini rəhbər tutan və innovasiyaları tətbiq edən CityNet Azərbaycanda İKT sektorunun inkişafında fəal rol oynayır. Biz MilliNet 2023 müsabiqəsini dəstəkləməkdən məmnunuq və ölkəmizdə rəqəmsal ekosistemin inkişafına töhfə verən layihələrin reallaşmasında maraqlıyıq. Şirkət olaraq hədəfimiz abunəçilərə fərdi və korporativ seqmentlərdə daima keyfiyyətli bağlantı və mükəmməl müştəri xidmətləri təqdim etməkdir. Bu istiqamətdə fəaliyyətimizdə ən son yenilikləri tətbiq etməkdə və ölkə üzrə əhatə dairəmizi genişləndirməkdə davam edəcəyik”, - deyə CityNet şirkətinin Baş icraçı direktoru Teymur Əsgərzadə bildirib.
MilliNet İKT sahəsi üzrə mütəxəssisləri bir araya toplayan, innovasiyaları təşviq edən, ən yaxşı milli internet resurslarının inkişafı və tanıdılmasına, ümumilikdə isə ölkəmizdə informasiya texnologiyalarının inkişafına töhfə verən müsabiqədir.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət