Qəzza zolağında hərbi əməliyyatlar hələ uzun aylar, İsrail qarşısına qoyduğu məqsədlərə çatana qədər davam edəcək. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Qələbə böyük vaxt tələb edir. Müharibə hələ uzun aylar davam edəcək. Mənim siyasətim aydındır – müharibənin bütün məqsədlərinə çatana qədər döyüşmək”, - deyə o, mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, İsrail bütün cəbhələrdə müharibə aparır və hər yerdə və bütün vasitələrlə İrana qarşı müqavimət göstərəcək.
Netanyahu vurğulayıb ki, hökumət “Hizbullah”ın hədəflərinə zərbələrin endirilməsi ilə bağlı planları dəstəkləyib.
“Əgər “Hizbullah” müharibənin miqyasını genişləndirsə, bundan İran zərər çəkəcək”, - deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, İsrail Müdafiə Ordusu Qəzzada əməliyyatlar zamanı 8 mindən çox HƏMAS terrorçusunu məhv edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət