2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 196 milyon 670,4 min manat təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 34,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta bazarındakı mənbə məlumat verib.
Xərclərin 22,1%-i – 43 milyon 453,5 min manat (artım 49,4%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
62 milyon 803,6 min manat (artım 18,1%) və ya xərclərin 31,9%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 9 milyon 592 min manat (artım 8,1%), sosial ayırmalar 10 milyon 510,2 min manat (artım 16%), icarə ödənişləri 6 milyon 62,6 min manat (artım 11,7%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 3 milyon 409,8 min manat (artım 1,7 dəfə) yönəldib.
2022-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 43 milyon 606,3 min manat yönəldib (2021-ci illə müqayisədə azalma 19,7%). 2022-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 20,9%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət