Azərbaycan və BƏƏ arasında damüstü günəş enerjisi layihələri və dayanıqlı aviasiya yanacağı istehsalı (Sustainable aviation fuel, SAF) imkanlarını öyrənməyə dair razılıq əldə olunub.
“Bu gün Bakıda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında energetika sahəsində əməkdaşlığa dair dörd sənəd imzalanıb. Həmçinin, “Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu” enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutur”, - Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“İnterfaks-Azərbaycan” nazirliyə istinadən xəbər verir ki, Strateji Əməkdaşlıq sənədi quruda 2 QVt günəş, 2 QVt külək, dənizdə 6 QVt külək enerjisi layihələri ilə yanaşı, damüstü günəş enerjisi layihələri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı (Sustainable aviation fuel, SAF) və “yaşıl enerji”nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir.
Bundan başqa, “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)” 2 günəş və 1 külək enerjisi layihələrinin 2024-2027-ci illər üzrə icra tədbirlərini əks etdirir.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Bakıda Azərbaycan və BƏƏ prezidentləri İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın danışıqlarının yekunlarına dair sənədlər paketi imzalanıb. Xüsusilə, “ADNOC (Abu Dhabi National Oil Company) və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.
Bundan əlavə, “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu” imzalanıb.
Həmçinin, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi” və “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi” imzalanıb.
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu” imzalanıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət